SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Nizami küçəsində iri gölməçə yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.

Belə ki, 10 nömrəli məktəbin ərazisində yaranan gölməçə məktəbə gedən şagird və valideynlər, həmçinin ərazidə yaşayan sakinlər üçün çətinlik yaradır.

“Hər il yağış mövsümündə əziyyət çəkirik. Bilmirik, uşaqlarımıza nə geyindirək ki, təmiz dərsə çata bilsinlər. Az qalır ki, şəhərin mərkəzində “qaloş”la gəzək”, – deyə sakinlərdən biri bildirib.