SON XƏBƏRLƏR

Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbinin ərazisindəki yolun təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Sakinlər bildirirlər ki, bu hal həm ətrafda yaşayan sakinlər, həm də məktəblilər üçün çətinlik yaradır:

“Yolda əmələ gələn çuxurlar su ilə dolur. Nəticədə palçıq içində gedib-gəlməli oluruq. Həmçinin çuxurlar avtomobillərimizə ciddi ziyan vurur. Xahiş edirik aidiyyəti qurumlardan, yolu təmir etsinlər”.