SON XƏBƏRLƏR

Lənkəran rayonunun Digah kəndində bəzi küçələrin təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Belə ki, “Yeni ev” inşaat evinin arxasında yerləşən məhəllənin asfalt örtüyü və kanalizasiya xətti olmadığından küçələri su basır. Bu səbəbdən sakinlərin hərəkəti məhdudlaşır.

“Hər kəsin evində uşaqlar var. Onlar məktəbə gedəndə çətinlik çəkirlər”, – deyə sakinlərdən biri bildirib.

“Qaynatam veterandır. O, maşın olmadan çölə çıxa bilmir. Taksilər də bu məhəlləyə gəlmir. Xahiş edirik aidiyyəti qurumlardan, problemimizi həll etsinlər”, – deyə digər sakin əlavə edib.