SON XƏBƏRLƏR

Lənkəran rayon sakini narkotik təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb. Bu haqda məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cenublu.az-a bu gün, 3 noyabr tarixində verilib.

Belə ki, 31 oktyabr saat 13 radələrində Masallı rayonu ərazisində “Ravon” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü Zamin Şiriyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Masallı rayon məhkəməsinin qərarı ilə Z.Şiriyev 8 gün müddətinə inzibati həbs edilib.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon