Lənkəran şəhərinin Tofiq İsmayılov küçəsindəki “Ufa” marketin yanındakı yollar keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
Sakinlər bildiriblər ki, uzun zamandır yolları təmir olunmur.
“Qum, çınqıl və digər ləvazimatlar küçəmizin vəziyyətini düzəltmir. Yol asfalt olunmalıdır. Yoxsa biz hələ çox palçıq içində işə, məktəbə gedib-gələcəyik”, – deyə sakinlər bildiriblər.