Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində budama işləri natamam görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində verir.
Belə ki, bir müddət öncə qeyd olunan küçədəki səkilərdə piyadalara maneə törədən ağacın budanması haqda məlumat vermişdik. Lakin daha sonra işlərin natamam aparıldığını və budama işlərinin yalnız “Tik Tak”dan “Dünya” marketə kimi edildiyini müşahidə etdik.
Qeyd edək ki, küçənin “Dünya” marketdən Vergilər idarəsinə kimi olan hissəsində ağaclar piyadalara maneə törətməkdə davam edir.