Lənkəran şəhərinin mərkəzində yerləşən daha bir gediş-gəliş yolu yararsız haldadır. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.
Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən və yaşayış binalarının girişi kimi istifadə olunan yol uzun müddətdir ki, təmir olunmur.
“Bu yol məhəlləmizə girmək üçün istifadə etdiyimiz yollardan biridir. Payız-qış aylarında palçıq içindədir. Şəhərin mərkəzində yaşayırıq, amma palçıqlı yollarla gedib-gəlirik. Aidiyyəti qurumlardan xahiş edirik, problemimizi həll etsinlər”, – deyə sakinlər bildiriblər.