Lənkəran şəhəri, Hacı Zeynalabdin və Səttərxan küçələrinin kəsişməsi uzun zamandır ki, təmirə bağlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 fevral tarixində verir.
Sakinlər bildirirlər ki, yanvar ayının sonunda qazılan küçə hələ də bərpa olunmayıb.
“Yolumuz asfalt idi. Qazdılar, bu vəziyyətə saldılar. Maşınla küçəyə dönmək çətin olur. Aidiyyəti qurumlardan xahiş edirik, problemimizi həll etsinlər və küçəmizi əvvəlki halına qaytarsınlar”, – deyə sakinlər bildiriblər.