Lənkəran şəhəri, Mirzə Ələkbər Sabir küçəsindəki borunun partlaması nəticəsində çirkab sular küçəyə axır. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 avqust tarixində verir.
Sakinlərin sözlərinə görə, bu hal bir neçə müddətdir ki, davam edir. “Yayın istisində kanalizasiya iyindən evimizdə otura bilmirik. Dəfələrlə aidiyyəti üzrə müraciət etmişik, lakin məsələ həll olunmayıb. Sizin vasitənizlə bir daha aidiyyəti qurumlardan xahiş edirik ki, borunu təmir etsinlər”, – deyə sakinlər öz müraciətlərində bildiriblər.