Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Velədi kəndi ərazisinə işıqfor quraşdırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.
Belə ki, işıqfor olmayan ərazidə sürücülər arasında daim çaşqınlıq yaranırdı. Əsas yol nişanı magistral yolda yerləşdiyindən dalanlardan çıxan sürücülər uzun müddət onlara yolun verilməsini gözləməli olurdular.