SON XƏBƏRLƏR

Lənkəran şəhərindəki Vaqif Məmmədov küçəsinin yol örtüyü sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 21 oktyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Belə ki, sakinlərin sözlərinə görə, mövsümün əvvəlində yağan yağış günlərlə qurumur və onların gediş-gəlişinə çətinlik yaradır.

“Bir dəfə yağışın yağması kifayətdir ki, biz yaza kimi əziyyət çəkək. Küçədə əmələ gələn çuxurlar səbəbindən ora dolan su qurumaq bilmir. Bu küçədə 7 ailə yaşayır. Uşaqlarımız məktəbə, özümüz işə su içində gedirik. Xahiş edirik, aidiyyəti qurumlar məsələni həll etsinlər”, – deyə sakinlər bildiriblər.