SON XƏBƏRLƏR

Lənkəran şəhər Zərifə Əliyeva və Əli Məmmədov küçələrinin kəsişməsindəki yolun təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

Belə ki, Lənkəran şəhər 6 saylı Ərazi Vergi İdarəsinin yanındakı yolda yaranmış çuxurlar keçilməz olub. Həmçinin ərazidə idman zalı, hazırlıq mərkəzi, LDU-nun 2-ci korpusu və digər iaşə obyektləri yerləşdiyindən yol gediş-gəliş üçün tez-tez istifadə olunur.

“Küçənin bu vəziyyətdə olması sürücülərin digər yoldan istifadə etməsinə gətirib çıxarır və beləcə dərs çıxışı və girişi zamanı əlavə tıxaclar yaranır. Şəhərin bir çox yerləri asfaltlanıb. Bu küçədə cəmi 400-500 metr yoldur ki, o da asfaltlansa, sürücülər bu yoldan isifadə edərlər, beləcə tıxacların sayı azalar”, – deyə sakinlər bildiriblər.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az