SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağiyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində xeyli müddətdir ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Belə ki, Dövlət Xəstəxanasına gedən yolda işıqforun işləməməsi piyadalar üçün təhlükə yaradır.

“Bir neçə dəfə şahidi olmuşuq ki, tələbəni az qala avtomobil vursun. Bu yolda get-gəl çox olur. İşıqforsuz hərəkəti tənzimləmək mümkün deyil. Xahiş edirik aidiyyəti qurumlardan, məsələni nəzarətə alsınlar”,- deyə sakinlər bildiriblər.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda