SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən yolda işıqforun olmaması sürücüləri çətin vəziyyətdə qoyur. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.

Ərazidə yeni notariat kontoru, prokurorluq binası, həmçinin LDU-nun 3-cü korpusu yerləşdiyindən daim hərəkət sıxlığı müşahidə olunur.

Tağıyev küçəsində “Stop” nişanı yerləşdiyindən üstünlük 20 Yanvar küçəsi ilə hərəkət edən sürücüdə olur. Lakin problem ondadır ki, Tağıyev küçəsi ilə hərəkət edən sürücü yalnız “Stop” nişanını keçdikdən sonra

20 Yanvar küçəsindəki hərəkəti müşahidə edə bilir. Bu hal da hər iki yolda hərəkət edən sürücülər üçün təhlükə yaradır.

Qeyd edək ki, ərazidə işıqforun olmaması, həmçinin piyadaların hərəkətində də çətinlik yaradır.