SON XƏBƏRLƏR

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. “Mersedes Benz” markalı, “42-BR-866” dövlət qeydiyyat nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək piyada – 53 yaşlı Rəvanə İsrafil qızı Babayevanı vurub. Daha sonra avtomobil yaxınlıqdakı dirəyə çarpılaraq dayanıb.

Piyada hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Apa.az
Apa.az