SON XƏBƏRLƏR

Lənkəranda piyadaların gediş-gəlişi üçün istifadə olunan piyada səkisi yenilənir. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 mart tarixində verir.

Belə ki, şəhərin Əli Məmmədov küçəsində yerləşən və istifadə üçün artıq yararsız olan piyada səkisi əsaslı təmir olunur.

Qeyd edək ki, daha öncə şəhərin Həzi Aslanov küçəsində və Həzi Aslanov və Qala Xiyabani küçələrinin kəsişməsində yerləşən piyada səkilərinin də təmirə ehtiyacı olduğu haqda paylaşım etmişdik.

Piyada səki
Foto Cenublu.az