Lənkəran şəhəri Şəhidlər xiyabanı küçəsindən 7 saylı tam orta məktəbə gedən yol bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.
Sakinlər bildiriblər ki, daha öncə yola qum-çınqıl tökərək düzəltmişdilər və yol azdan-çoxdan gediş-gəliş üçün yararlı idi.
“Yolumuzu işıq dirəkləri quraşdırmaq adı ilə gəlib qazdılar. Artıq 20 gündən çoxdur ki, məhəllədə gediş-gəliş iflic olub. Avtomobil belə batır bu yolda. Axı biz bu vəziyyətdə dərsə, işə, mağazaya necə gedib-gələk?”- deyə sakinlərdən biri bildirib.
“Bir yandan yol, digər tərəfdən də kol-kos basıb küçəmizi. Son bir neçə ildə mən buranın aidiyyəti qurumlar tərəfindən təmizlənməsini görməmişəm”, – deyə digər sakin əlavə edib.