SON XƏBƏRLƏR

Lənkəran rayonu Veravul kəndinin yolları keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Apa TV-yə istinadən verir.

Belə ki, 4 mindən çox sakinin istifadə etdiyi yol yararsız vəziyyətdədir. Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunan mərkəzi yolun uzunluğu 4 km-dən çoxdur. Həm piyada, həm avtomobillə yolu keçmək sakinlərə çətinlik yaradır. Hava şəraiti pisləşəndə vəziyyət daha da gəlizləşir.

Sakinlərin sözlərinə görə, mart ayında yolların düzəlməsinə dair söz versələr də, heç bir iş görülməyib.

Məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Lənkəran rayonunun Girdəni-Havzava-Veravul-Qarağaclı yolunun təmir olunması nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi yolda yenidənqurma işləri aparılacaq.