Lənkəranda zəncirvari yol qəzası olub. Bu haqda Cenublu.az bu gün, 18 may tarixində Apa-ya istinadən xəbər verir.
Hadisə Şilavar kəndi ərazisində qeydə alınıb. Burada “Niva” markalı minik avtomobili, “VAZ-2106” markalı minik avtomobili, “Mitsubishi Pajero” markalı avtomobil və “Ford Transit” markalı yük avtomobili toqquşub.
Sürücülərdən biri – 39 yaşlı Masallı rayon sakini Cavid Kazımov və piyada Gülnaz Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
