Lənkəran rayonunun Qurumba kəndinin yolları palçıq içindədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.
Sakinlərin sözlərinə görə, sonuncu dəfə yollar 1990-cı illərdə təmir olunub.
“Qışda palçıqdan, yayda toz-torpaqdan qurtula bilmirik. İlboyu kəndin yolları bizə əziyyət verir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Lakin problemimizi həll edən olmayıb. Bir daha xahiş edirik ki, yollarımızı təmir etsinlər”, – deyə kənd sakinləri bildiriblər.
Qeyd edək ki, Qurumba kəndi Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindədir və əhalisi 1000 nəfərə yaxındır.
