Lənkəran rayonu ərazisində yolların təmir işləri aparılsa da, bəzi küçələrdə hələ də bu problem mövcuddur. Bununla bağlı sakinlər bu gün, 9 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, söhbət 18-ci məhəllədən gedir. Sakinlərin sözlərinə görə, adıçəkilən küçənin yolu 14 ildir ki, yararsız vəziyyətdədir.
“Öz həsabımıza təmir etdik, amma davam gətirmədi. Xahiş edirəm, müvafiq qurumlar küçənin asfalt örtüyünü təmir etsinlər”, – deyə sakinlərdən biri əlavə edib.