SON XƏBƏRLƏR

Lənkəranın mərkəzi küçələrinin birində zəncirvari qəza hadisəsi baş verib. Bu haqda bu gün, 29 sentyabr tarixində Cenublu.az-a məlumat daxil olub.

Şəhərin Şəhidlər Xiyabanı ərazisində 3 avtomobil toqquşub. Yol hərəkəti qaydalarına riayət etməyən “Fiat” markalı avtomobil ilk öncə “Vaz 2106” markalı avtomobilə dəyib. Toqquşma nəticəsində həmin yol ilə hərəkət edən “Kia” makalı avtomobil də qəzanın qurbanı olub.

Avtomobillərə ciddi zərər dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Zirvə Astara
Sport

“Zirvə Astara” növbəti matçına çıxacaq

Basketbol üzrə Azərbaycan Kubokunda Astaranı təmsil edən komandamız Bakı təmsilçisi ilə qarşılaşacaq. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. “Zirvə Astara” 23 mart saat 14:30-da meydançaya çıxacaq.