Lənkəranın M.Ə.Sabir küçəsində yollar tam asfaltlanmayıb. Bu haqda məlumatı Cenublu.az oxucuları bizə bildirib.
Sakinlərin sözlərinə görə, təxminən 1 ay öncə M.Ə.Sabir küçəsinin əvvəlində işlər başlanılıb və 200 metrlik ərazi asfaltlandıqdan sonra işlər dayandırılıb. Həmçinin qeyd olunub ki, küçədəki dalanlar ümumiyyətlə asfaltlanmayıb.
Şəhər sakini əlavə edib ki, 2011-ci ildə İcra Hakimiyyətinə müraciət ediblər və onlara cavab olaraq 2013-cü ildə ki layihədə onların yaşadığı yerlərin asfatlanacağı bildirilib.
