Lənkəranın Qurumba kəndi ərazisində13 avqust saat 14.00 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Cenublu.az müxbiri xəbər verib.
99-BK-874 nömrəli “VAZ-2107” avtomobili ilə 90-HU-728 nömrəli “KİA” markalı avtomobil toqquşub. Xəsarət alan yoxdur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.