SON XƏBƏRLƏR

Lənkəran şəhəri Böyük bazar ərazisində bu gün, 5 oktyabr günorta radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az verir.

Belə ki, qəza 5 saylı məktəbin yolunda “Mercedes” və “Chevrolet” avtomobillərinin toqquşması nəticəsində baş verib. “Mercedes” markalı avtomobil idarəetməni itirərək xəndəkə düşüb.

Avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların sayı məlum deyil. Onlar xəstəxanaya çatdırılıblar.

Foto Cenublu.az
Foto Cenublu.az