SON XƏBƏRLƏR

Lənkəran şəhəri Gənclər evinin qarşısını su basıb. Bu haqda məlumat bu gün, 12 noyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, xəndəklərin təmizlənmədiyinə görə, yağış suları ora dolub və nəticədə onlar daşıblar. Sakinlərin sözlərinə görə, bu hal tez-tez baş verir.

“Düşünürəm ki, bu problemi kökündən həll etmək üçün rayon boyu kanalizasiya sistemini yenidən qurmaq lazımdır. Yoxsa hər yağış yağdıqda eyni problemlə üzləşirik” – deyə sakinlərdən biri söyləyib.

“Yayda pis qoxu, qışda su basmış küçələr. Hər kənddə, hər küçədə, hər məhəllədə eyni problem. Xəndəklərin üstünü bağlamaq lazımdır. Yoxsa bu problem hələ uzun müddət sakinləri narahat edəcək”- deyə digər sakin qeyd edib.