Lənkəran şəhəri Tofiq İsmayılov küçəsi yağan yağışdan sonra su içindədir. Bu haqda məlumatı 5 saylı binanın sakinləri Cenublu.az-a bu gün, 2 oktyabr tarixində veriblər.
“Təcili tibbi yardım xidməti xəstəni avtomobilə çatdırmaqda çətinlik çəkdi”- deyə bir sakin söyləyib. Digəri isə uşaqların həyətdə oynamağa yeri olmadığından narazı idi. “Bu hal bizdə qış boyu davam edir. Şəhərdə yaşamağımıza baxmayaraq gediş-gəlişdə çətinlik çəkirik” – deyə üçüncü sakin bildirib.
Qeyd edək ki, Cenublu.az daha öncə Müzəffər Nəsirli küçəsində baş verən oxşar problemi işıqlandırmışdır.