SON XƏBƏRLƏR

Lənkəran şəhərinin bir sıra küçələri su içindədir. Bu haqda məlumatı Cenublu.az-a sakinlər bu gün, 1 oktyabr tarixində veriblər.

Belə ki, şəhərin Həzi Aslanov, Emil Qurbanov və Şəhidlər Xiyabanı köhnə hərbi şəhərcik döngə 3 küçələrini su basıb.

“Yol örtüyü olmamasından hər dəfə yağış yağdıqda yol palçıq olur və gediş-gəliş çətinləşir” – Şəhidlər Xiyabanı köhnə hərbi şəhərcik döngə 3 küçəsinin sakinləri söyləyir.

“Asfaltdakı çökəkliklər hər dəfə su ilə dolur, maşın keçdikdə piyadaların üstünə su sıçrayır” – Emil Qurbanov küçəsinin sakinləri deyir.

Həzi Aslanov küçəsində yerləşən Lənkəran Dövlət Universitetinin əsas korpusunun qabağı da yağışdan sonra su ilə dolub. “Kanalizasiya sisteminin olmaması belə bir mənzərə yaradır” – universitetin tələbəsi söyləyib.

Qeyd edək ki, son günlərdə Lənkəranda aylıq normanın 33% miqdarında yağıntı yağıb.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az