Lənkəranda iki avtomobil bir-biri ilə toqquşub. Bu haqda məlumat bu gün, 11 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Hadisə şəhərin Hənifə Abdullayev küçəsində qeydə alınıb. “Lada Niva” markalı avtomobilin qarşısına digər avtomobil çıxıb. Nəticədə “Lada Niva”-nın sürücüsü idarəetməni itirərək yolun kənarında dayanmış “Vaz 2107” markalı avtomobilə çırpılıb.
Hadisə yerinə polis cəlb edilib. Qəza nəticəsində xəsarət alan olmayıb.
