SON XƏBƏRLƏR

Lənkəranın Nərimanabad qəsəbəsində sürücünün ölümü ilə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 16 sentyabr tarixində Report.az xəbər verib.

“VAZ 21099” markalı 42-CA-210 dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhəri istiqamətində gedərkən yoldan çıxıb və çökəkliyə aşıb. 37 yaşlı Liman şəhər sakini olan sərnişin Fariz Sadıqov qəza nəticəsində xəsarət alıb.

Fariz təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Verilən məlumatlara əsasən, ölən şəxs Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayevdir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.