SON XƏBƏRLƏR

3 noyabr saat 17:00 radələrində Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində qadın yolun piyadalar üçün müəyyən olunmamış hissəsindən keçərkən onu avtomobil vurub. Bu haqda məlumat Cenublu.az-a daxil olub.

Belə ki, avtomobil piyadanı vurduqdan sonra o, təkərlərin arasında ilişib və avtomobil yolu bir neçə metrə bu vəziyyətdə davam edib. Daha sonra ətrafdakıların köməkliyi ilə avtomobil qaldırılıb və piyada oradan çıxarılıb.

İlkin məlumata görə, qadının vəziyyəti ağırdır. O, əməliyyata alınıb.