SON XƏBƏRLƏR

Lənkəran şəhəri mərkəzi küçələrinin birində zibillər küçəyə atılır. Bu haqda məlumat bu gün, 18 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Həzi Aslanov küçəsində zibillər mağaza işçiləri və sakinlər tərəfindən küçəyə atılır. “Ətrafda zibil qutusu yoxdur, “İpək yolu” mağazasının qabağındakı zibil qutuları əhaliyə məxsus deyil. Mağaza öz hesabına onları qoyub”- deyə bir sakin qeyd edib.

“10 metr irəlidə zibil qutuları var, lakin onlar digər mağazaya məxsusdur. Sakinlər üçün zibil qutuları qoysalar, şəhərin mərkəzində bu cür görüntü olmazdır” – digər sakin söyləyib.

“Piyada keçidi zibillik içindədir. 1-2 gündə bura yığışdırılmasa, keçməyə yol olmayacaq” – daha bir sakin deyib.

Qeyd edək ki, daha öncə Cenublu.az Əli Məmmədov küçəsinin zibillənməsi haqda yazmışdır. Aidiyyatı qurumlar problemdən agah olaraq, onu çözmüşdülər.

Foto Cenublu.az
Foto Cenublu.az