Lənkəran şəhərinin mərkəzi küçələrinin kəsişməsindəki piyada yolu yararsız hala düşüb. Bu haqda məlumat bu gün, 12 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, şəhərin Zərifə Əliyeva və Koroğlu küçələrinin kəsişməsindəki aşma təhlükəsi olan ağac 4 oktyabr tarixində kəsilib. Qalıqlar uzun müddətdən sonra yığışdırılıb, lakin ağac yaşlı və böyük olması səsbəbindən o, düşdüyü səkini yararsız hala salıb.
“Şəhərin mərkəzinin belə olması ürəkaçan hal deyil. Ümüdvarıq ki, tez bir zamanda bu problem öz həllini tapar”- deyə sakinlərdən biri söyləyib.
Qeyd edək ki, təhlükəli ağacın kəsilməsi haqda Cenublu.az 4 oktyabr tarixində xəbər vermişdir.