SON XƏBƏRLƏR

Lənkəran şəhərinin mərkəzi küçəsindəki işıqfor sürücülərə təhlükə yaradır. Bu haqda bu gün, 8 sentyabr tarixində Cenublu.az- a məlumat daxil olub.

Şəhərin Zərifə Əliyeva küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçəsinin kəsişməsindəki işıqforun onluq rəqəmi işləmir. Bələ ki, sürücülər 11 saniyə olduğu halda 1 saniyə qaldığını düşünürlər və qırmızı işıqda yolu keçirlər. Bu da sürücülər üçün qəza şəraiti yaradır.

Sakinlərin sözlərinə görə, bu problem aylardır yaranıb və nəqliyyat hərəkətinə çətinliklər yaradır.