Lənkəran rayonunun Şiləvar kəndində yollar yararsız haldadır. Bu haqda məlumatı kənd sakinləri Cenublu.az-a bu gün, 19 noyabr tarixində veriblər.
Onların sözlərinə görə, küçə mərkəzi olduğundan gediş-gəliş çox olur. Lakin yararsız olduğundan avtobus demək olar ki, olmur.
“Uşaqlarımız hər gün palçıqlı yolla məktəbə gedib-gəlirlər. Məcburən onlara rezin çəkmə qeyindiririk. Oda palçıq içində olur. Bütün günü məktəbdə o vəziyyətdə oturmalı olurlar” – valideynlər deyiblər.
“Yol palçıqlı olduğundan avtobus demək olar ki, işləmir. Taksi də çox baha aparır. Məcburən hər gün bu yolu piyada getməli oluruq. Ümüd edirik ki, aidiyyatı qurumlar səsimizi eşidib bizi bu çətinlikdən qurtararlar” – deyə kənd sakinlərindən biri söyləyib.
Qeyd edək ki, Cenublu az daha öncə rayonun Günəhir, Narbağı, Digah, Gəgiran, Cil və Alazəpin kəndlərindəki yol problemlərini işıqlandırmışdır.


