SON XƏBƏRLƏR

Lənkəran şəhəri Vüqar Kərimov küçəsində asfalt örtüyü yararsız haldadır. Bu haqda məlumatı Cenublu.az-a sakinlər 9 sentyabrda veriblər.

Onların sözlərinə görə, yağış yağdıqda yoldakı boşluqlar su ilə dolur. Bu halda piyadaların və avtomobillərin gediş-gəlişinə narahatçılıq yaradır.

Qeyd edək ki, Cenublu.az daha öncə də Lənkəranın şəhər və kəndlərində asfalt örtüyü ilə bağlı problemləri işıqlandırmışdı.