SON XƏBƏRLƏR

Lənkəran şəhəri Şəhidlər xiyabanı dalan 3 və Salman Baxşiyev küçələrində yol örtüyü ilə bağlı problem var. Bununla bağlı bu gün, 24 sentyabr tarixində həmin küçələrin sakinləri Cenublu.az-a müraciət ediblər.

Onların sözlərinə görə, yağışlı havada yoldan keçmək üçün rezin çəkmələrdən istifadə edirlər. Həmçinin, sakinlər öz vəsaitləri hesabına yola çınqıl daşlar tökürlər.

Qeyd edək ki, 21 sentyabr Cenublu.az Hacı Zeynalabdin döngə 1 və Mircəmal Əbülfətov küçələrindəki asfalt problemi ilə bağlı paylaşım etmişdir.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az