Lənkəranda Cenublu.az-ın 2 gün öncə işıqlandırdığı istifadəyə yararsız yolda təmir işləri görülüb. Bu haqda bu gün, 25 fevral tarixində xəbər veririk.
Sözügedən yol Lənkəran şəhəri Bağbanlar küçəsində yerləşir. 20-ə yaxın sakinin yaşadığı küçədə asfalt örtüyü yox idi, yolda çalalar var idi. Aidiyyəti qurumlar tərəfindən küçəyə qum tökülərək yol hamarlanıb.
Sakinlər yaxın günlərdə yola asfalt örtüyünün çəkiləcəyini guman edirlər.