SON XƏBƏRLƏR

Lənkəran şəhərinin mərkəzi küçəsində qəza hadisəsi baş verib. Bu haqda bu gün, 30 oktyabr tarixində Cenublu.az-a məlumat daxil olub.

Şəhərin Zərifə Əliyeva küçəsində “BMW X6” markalı avtomobil “Vaz 2107” markalı avtomobil ilə toqquşub. İlkin ehtimallara görə, hərəkət zolağını dəyişmək istəyən “BMW X6” markalı avtomobil digər avtomobilə dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Xəsarət alan yoxdur.

Hadisənin baş vermə səbəblərii ilə bağlı araşdırmalar aparılır.

Photo Cenublu.az
Photo Cenublu.az