SON XƏBƏRLƏR

Lənkəranda velosiped sürən yeniyetməni maşın vurub. Bu haqda Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisə rayonun Şağlaser kənd ərazisində baş verib. Belə ki, Lənkəran-Baradigah yolunun üzərində kənd sakini 12 yaşlı Şahmurad Şahlar oğlu Əzimov velosipedlə hərəkətdə olarkən, Mürşüd Dadaş oğlu Əhədovun idarə etdiyi “Niva” markalı avtomobil tərəfindən vurulub.

Dərhal xəstəxanaya çatdırılan Şahmurada, sağ bazunun kəsilmiş yarası diaqnozu qoyulub və o, əməliyyat edilib.

Hadisənin başvermə səbəbi avtomobilin sürücüsünün idarəetməni itirməsi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Foto açıq mənbələr
Aktual

Masallı: bu gün Nayib Qasımovun şəhid olduğu gündür

Bu gün, 6 oktyabr tarixində Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Nayib Qasımovun şəhidlik zirvəsinə ucaldığı gündür. Nayib Akif oğlu Qasımov 12 iyun 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində