Lənkəran şəhəri Üzeyir Hacıbəyov küçəsində yol örtüyü yararsız haldadır. Bu haqda məlumatı bu gün, 8 dekabr tarixində Cenublu.az verir.
Sakinlərin sözlərinə görə, onlar aidiyyətı qurumlara müraciət ediblər, lakin müsbət cavab ala bilməyiblər. “Hər yağışdan sonra yol palçıq olur. Gediş-gəliş çətinləşir. Avtomobillər yoldakı çökəkliyə düşürlər, palçıqlı su piyadaların üstünə sıçrayır. Bütün qışı rezin çəkmələrdə keçirdirik”, – deyə sakinlər söyləyiblər.