Yağıntılı keçən havalar Lənkəran şəhərinin mərkəzi küçələrinədə öz təsirini göstərdi. Bu haqda bu gün, 29 sentyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Şəhərin Zərifə Əliyeva küçəsində su axıntısı üçün olan xəndəklər yağış suları ilə dolub daşır.
Sakinlərin sözlərinə görə, xəndəkdəki suyun səviyyəsi yol örtüyü ilə eyni səviyyədə olduğundan sürücülər bəzən çaşıb avtomobilərini xəndəklərə salırlar. Nəqliyyat vasitələrinə ciddi zərər dəyir.
Cənub zonamız bol yağıntılı olduğundan, bu cür havada sürücülər və piyadalardan ehtiyatlı olmaqlarını xahiş edirik.