SON XƏBƏRLƏR

Lənkəran rayonu Veravul kəndinin yolları yararsız vəziyyətdədir. Bu haqda Baku TV reportaj hazırlayıb.

Belə ki, sakinlərin sözlərinə görə, hər gün 4 minə yaxın insan bu yoldan istifadə edir.

“Uşaqlar hər gün palçıq içində evə qayıdırlar. Özümüz isə rezin çəkmələr qeyinirik. Sonuncu dəfə bu yol 1991-ci ildə təmir olunub”- deyə sakinlərdən biri söyləyib.

“Dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etmişik. Bir neçə dəfə çınqıl töküblər, amma problem kökündən həll olunmayıb”- deyə digər sakin qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil yolları Dövlət agentliyinin rəsmisi Natiq Cavadov açıqlamasında 4,4 km-lik Veravul-Qarağaclı yolu 2022-ci il Dövlət İnvestisiya proqramı layihəsinə artıq daxil edilib.