SON XƏBƏRLƏR

Lənkəran şəhəri Hənifə Abdullayev küçəsi, Lənkəran Dövlət Universitetinin ikinci korpusuna gedən yolda piyada keçidi yararsız haldadır. Bu haqda məlumat bu gün, 8 oktyabr tarixində Cenublu.az-a daxil olub.

“Dərslər olan zaman burada çoxlu avtomobil olur, bizdə məcburən palçıqlı piyada yolu ilə getməli oluruq” – bir tələbə söyləyib. Digəri isə palçıq olmaması üçün avtomobil yoluynan gedib-gəldiyini deyib: “Maşın yolu ilə gedib gəlirik və nəticədə öz həyatımızı təhlükəyə atmış oluruq, lakin başqa yolumuz yoxdur”.

“Yağışlı havada isə yol ümumiyyətlə yararsız hala düşür. Demək olar ki, tez-tez buna görə dərsə gecikirik”.