Lənkəranda kəndlər arası əsas yol yararsız haldadır. Bu haqda bu gün, 25 noyabr tarixində Cenublu.az xəbər verir.
Belə ki rayonun Şıxakəran və Mamusta kəndləri arsında gediş-gəliş üçün əsas 1 yol var. Bu yolun asfalt örtüyünün olmaması, yağışlı havada yolun yuyulub dağılmasına səbəb olur. Yollar palçıq olduğundan, sakinlər daim rezin çəkmələrdən istifadə etməli olurlar.
Sakinlər Cenublu.az-a müraciətlərində bildiriblər ki, şəhərdən kəndə qayıdanda taksi sürücüləri yolun bərbad olduğuna görə onları yarı yolda düşürdürlər.