SON XƏBƏRLƏR

Lənkəran şəhəri Şah İsmayıl Xətai və Şeyx Zahid küçələrində evlərin önünü su basıb. Bu haqda məlumat bu gün, 1 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, həmin küçənin sakinləri Cenublu.az-a müraciət edərək bildiriblər ki, evlərinə girib-çıxmaqda çətinlik çəkirlər. “Suyun səviyyəsi o qədər çoxdur ki, çölə çıxdıqda dizə kimi su oluruq” – bir sakin qeyd edib. Digəri isə uşaqlarını məktəbə, özü isə işə gedə bilmədiyini söyləyib.

Qeyd edək ki, son günlərdə Lənkərana yağan aramsız yağışlar bir çox küçələri iflic halına salıb.