SON XƏBƏRLƏR

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Report.az verib.

Belə ki, 70 yaşlı Liman şəhər sakini Novruz Əmiş oğlu Zeynalov idarə etdiyi “VAZ 2106” markalı 99-RP-932 dövlət nömrə nişanlı avtomobil ilə idarəetməni itirərərək yol kənarındakı ağaca çırpılıb. O, ciddi bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Təcili tibbi yardım göstərildikdən sonra onu travmatologiya şöbəsinə yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.