SON XƏBƏRLƏR

Lənkəran şəhərində piyadalar səki problemi ilə üzləşir. Bu haqda məlumat bu gün, 6 noyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlər öz müraciətlərində bildirirlər ki, şəhərin Zərifə Əliyeva küçəsi döngə 4-də sakinlər üçün səki problemi yaranıb. Yoldan səkiyə keçən hissə dağılıb və piyadalar üçün çətinlik yaradır.

Həmçinin onlar qeyd edir ki, həmən hissə xəndək olduğundan, sakinlər məcbur qalıb avtomobil yolunda hərəkət edirlər.