Lənkəran şəhərinin Raypo adlanan ərazisində yol örtüyü yararsız haldadır. Bu haqda məlumatı bu gün, 29 yanvar tarixində Cenublu.az verir.
Belə ki, keçmiş Raypo ərazisi, hal-hazırda Şəhidlər Xiyabanı 46/14 ünvanında yaşayan sakinlər öz narahatlıqlarını Cenublu.az-a bildiriblər: “Ayaqla gəzə bilmirik məhəllədə. Palçıq içində oluruq. Axşamlar isə başqa bir dərd. Məhəlləmizə dirək quraşdırıblar, gəl ki, yanmır. Aidiyyəti qurumlardan xahiş edirik bizim məhəlləmizin abadlıq işlərinə nəzər yetirsinlər”, – deyə sakinlər öz müraciətlərində bildiriblər.



