SON XƏBƏRLƏR

Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsinin sakinləri bu gün, 10 dekabr tarixində Cenublu.az-a müraciət ediblər. Onlar küçələrindəki yol örtüyünün yararsız olmasından narahatdırlar.

Sakinlərin sözlərinə görə, yağış yağdıqda vəziyyət daha da kəskinləşir. “Küçəmiz palçıq olur. Gediş-gəliş çətinləşir. Uşaqlar məktəbə palçıq içində gedirlər. Çox xahiş edirik ki, aidiyyatı qurumlar bu məsələni nəzarətə götürsünlər”, – deyə sakinlərdən biri söyləyib.

“Yağış yağdıqda yol bataqlığa çevrilir. Çökəkliklər su ilə dolur və yaza kimi qurumur. Ümüdvarıq ki, səsimizi lazımi qurumlar eşidəcəklər”, – deyə digər sakin qeyd edib.

 

Foto Cenublu.az
Foto Cenublu.az